Modern.az

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyadan ekstradisiya olunacaq

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyadan ekstradisiya olunacaq

12 İyun 2020, 19:06

2016-cı ildə İrana keçərək qanunsuz silahlı hərbi birləşmələrin tərkibində vuruşan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, son vaxtlar Rusiya ərazisində gizlənən adı açıqlanmayan şəxs ötən ilin oktyabrında Perm aeroportunda saxlanılıb.

 

Ural Nəqliyyat Prokurorluğu Azərbaycan vətəndaşının 2016-cı ilin martında İrana keçərək ordana Suriyada hərbi əməliyyatlarda iştirak etdiyini və buna görə Azərbaycanın beynəlxalq axtarışa verdyini açıqlayıb.

Azərbaycanda o, terrorizm və qanunsuz hərbi birləşmələrin tərkibində vuruşmaqda ittiham olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək