Modern.az

Corc Floydun öldüyü şəhərdə fövqəladə vəziyyət ləğv edildi

Corc Floydun öldüyü şəhərdə fövqəladə vəziyyət ləğv edildi

13 İyun 2020, 00:17

ABŞ-ın Minneapolis şəhərində kütləvi qarışıqlıqlar səbəbindən tətbiq edilmiş fövqəladə vəziyyət rejimi ləğv edilib.

 

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, qərar şəhər şurası tərəfindən çıxarılıb.

Qeyd edək ki, iki həftə əvvəl polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə ölkəni etiraz aksiyaları bürümüş, bir neçə ştat və şəhərlərdə komendant saatı elan edilmişdi. Bütün bunlar afroamerikalının polis tərəfindən saxlanılma videosunun internetə sızmasından sonra başlamışdı. Belə ki, ağdərili polislər afroamerikalının əllərini qandallayıb və onu yola yıxmışdı. Onlardan biri C.Floydun “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq, onu boğmağa başlamışdı. Bir qədər sonra afroamerikalı şəhər xəstəxanalarının birində vəfat etmişdi.

Bir müddət sonra etirazlar dinc xarakter almışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək