Modern.az

Braziliya COVID-19 qurbanlarının sayına görə İngiltərəni geridə qoydu

Braziliya COVID-19 qurbanlarının sayına görə İngiltərəni geridə qoydu

13 İyun 2020, 09:52

Braziliyada ötən sutka daha 24 253 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 843 xəstə virusdan ölüb.

 

Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 829 902-yə, ölənlərin sayı isə 41 901-ə yüksəlib.

 

Qeyd edək ki, Braziliya pandemiya qurbanlarının sayına görə Böyük Britaniyanı (41 481) geridə qoyaraq yoluxma sayında olduğu kimi ölənlərin sayına görə də ABŞ-dan (116825) sonra ikinci pillədə qərarlaşıb. 

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək