Əfqanıstanın Qor əyalətində xüsusi xidmət orqanlarına hücum olub.
Modern.az xəbər verir ki, Pasaband bölgəsində gerçəkləşən hücum zamanı xüsusi xidmət orqanlarının 7 əməkdaşı həlak olub.
Hücumun Taliban hərəkatı tərəfindən təşkil olunduğu ehtimal olunur.