Ermənistanda daha 723 nəfərdə koronavirus(COVID-19) aşkarlanıb, 6 nəfər virusdan ölüb.
Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 16 004-ə, ölənlərin sayı isə 264-ə yüksəlib.
Qeyd edək ki, Ermənistanda martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.
T.İSMAYIL