Bu gün Avropanın ən nüfuzlu turniri olan Çempionlar Liqasının (ÇL) növbəti mövsümünə yekun vurulacaq.
Modern.az-ın məlumatına görə, Bakı vaxtilə saat 23:45-də Münhendəki “Alyans Arena”da başlayacaq finalda Almaniyanın “Bavariya” və İngiltərənin “Çelsi” klubları üz-üzə gələcək. Bu, “Bavariya”nın 9-cu, “Çelsi”nin 2-ci finalı olacaq. “Bavariya” qalib gələrsə, 5-ci dəfə çempionluğu bayram edəcək. Komanda bunadək 3 dəfə dalbadal – 1974, 75 və 76-cı və həmçinin 2001-ci ildə finalda qalib gəlib. “Bavariya” ardıcıl 3 qələbədən sonra kuboku həmişəlik muzeyinə aparan 5 klubdan biri olub. “Çelsi” isə tarixində yalnız 1 dəfə - 2008-ci ildə ÇL-nin finalında oynayıb. Həmin oyunda “Çelsi” İngiltərə çempionatında əzəli rəqibi olan “Mançester Yunayted”də Moskvada oyun sonrası penaltilərlə uduzub. Oyunu maraqlı edən məqamlardan biri də bu gün baş verəcək yeniliklə bağlıdır. Belə ki, “Bavariya” qalib gələrsə bu ÇL tarixində öz meydanında qalib gələn yeganə kommanda olacaq. Çelsi qalib gələrsə, o tarixində ilk dəfə bu titullu turnirin qalibi olacaq. Bir sözlə bu final yeni bir tarix yazacaq.
Qeyd edək ki, bu oyun 1955/56 mövsümündən keçirilən, 1991-ci ildən ÇL adlanan turnirin 57-ci finalı olacaq.
Modern.az