Banqladeşdə son sutkada daha 2856 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 44 nəfər virusdan vəfat edib.
Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 84379-a, ölənlərin sayı 1139-a yüksəlib, 17 827 nəfər isə sağalıb. Hazırda 65 413 xəstənin müalicəsi davam etdirilir.
Qeyd edək ki, Banqladeş yoluxma sayına görə Çini (83 075) geridə qoyaraq 18-ci pillədə qərarlaşıb.
T.İSMAYIL