İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 78 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 34 301 nəfərə çatıb.
Son sutka ərzində daha 346 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib.
Bildirilir ki, son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 236 651 nəfər təşkil edib.
Məlumata görə, indiyədək İtaliyada 174 865 nəfər insan koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.