Modern.az

Parisdə irqçilik əleyhinə aksiyalarda 26 nəfər saxlanıldı

Parisdə irqçilik əleyhinə aksiyalarda 26 nəfər saxlanıldı

14 İyun 2020, 10:14

Fransa paytaxtında irqçiliyə və polis zorakılığına qarşı razılaşdırılmamış etiraz aksiyalarında iştirak edən 26 nəfər polis tərəfindən saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Parisin polis prefekturasının “Twitter” səhifəsində bildirilib.

 

Polis saxlanılmaların səbəbini açıqlamayıb.

 

Bundan bir qədər əvvəl “BFMTV” telekanalı polisə istinadən xəbər verib ki, aksiyalarda təxminən 15 min etirazçı iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var