Modern.az

Nigeriyada terrorçuların hücumu zamanı 60-dan çox insan öldürüldü

Nigeriyada terrorçuların hücumu zamanı 60-dan çox insan öldürüldü

14 İyun 2020, 10:18

Nigeriyanın şimal-şərqində silahlıların hücumları nəticəsində 60-dan çox insan həlak olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə yerli sakinlərə istinadən “Reuters” agentliyi bildirib.

 

Məlumata görə, hadisə Borno ştatında, Manquno və Nqanzay ərazilərində baş verib. Ağır silahlarla, o cümlədən qumbaraatanlarla silahlanmış terrorçular azı 20 hərbçi və 40-dan çox mülki şəxsi öldürüblər.

 

Şahidlərin sözlərinə görə, hücum zamanı yüzlərlə sakin xəsarət alıb.

 

Həmçinin qeyd edilir ki, silahlılar polis bölməsini və BMT-nin humanitar köməyinin mərkəzini yandırıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var