Azərbaycanın “Eurovison” Mahnı Müsabiqəsi 2012 təmsilçisi Səbinə Babayeva "Bakı Kristal Zalı"nda dünyaşöhrətli muğam ifaçısı Alim Qasımovla birgə ilk məşqini edib. Təmsilçimiz bu gün səhnədə mayın 26-da final günü çıxacağı geyimdə olub. S.Babayevanın paltarında xüsusi video proyeksiyası var. "Biz Səbinənin paltarından və səhnədən "When the Music Dies" mahnısının hekayətindən bəhs etmək üçün bir vasitə kimi istifadə edəcəyik”- bunu "When the Music Dies" mahnısının səhnə quruluşçusu Lars Betke bildirib.
|
|
|
|
|
|
|