Modern.az

Gürcüstanda koronavirusa yoluxanların sayı 864 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 864 nəfərə çatdı

14 İyun 2020, 12:30

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 13 yoluxma halı qeydə alınıb. 

 

Modern.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 864 nəfərə çatıb.

 

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 3026 nəfər karantində saxlanılır, 297 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 703 nəfər sağalıb, 14 nəfər isə dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var