Modern.az

Braziliyada koronavirusa yoluxanların sayı 850 mini keçdi

Braziliyada koronavirusa yoluxanların sayı 850 mini keçdi

14 İyun 2020, 13:08

Braziliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 850 mini keçib, 42 mindən çox insan isə bu virusun qurbanı olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, indiyədək Braziliyada 850 514 nəfərə COVID-19 diaqnozu qoyulub, ümumilikdə 42 720 nəfər də bu virusda ölüb. Son 24 saatda 21 704 nəfərin test nəticələri pozitiv olub, ölənlər isə 909 nəfərdir.

 

Həmçinin 379 245 nəfər müalicə olunaraq sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var