Modern.az

Polisə müqavimət göstərən şəxs öldürüldü

Polisə müqavimət göstərən şəxs öldürüldü

14 İyun 2020, 13:34

ABŞ-da daha bir nəfər polis tərəfindən qətlə yetirilib.

 

Modern.az xəbər verir ki, Corciya ştatının Atlanta şəhərində fast-fud restoranlarından birinin qarşısındakı parkinqdə avtomobildə yuxuya gedən 27 yaşı Riçard Bruks barədə polisə müraciət edilib. Ərazidəki digər avtomobillərin hərəkətinə mane olan qaradərili Bruksa avtomobilini kənara çəkməsi üçün xəbərdarlıq edilib. Bu zaman münaqişə yaranıb və gənc oğlan qaçmağa çalışıb. Bundan sonra polis əməkdaşı qaçmaq istəyən Bruksu saxlamaq üçün şok tapançası ilə atəş açıb. Ağır xəsarət alan sakin xəstəxanaya çatdırılsa da, vəfat edib.

 

Corciya ştatının Polis İdarəsi hadisə barədə məlumat yayıb. Bildirilib ki, park etdiyi avtomobidə yatan gənci alko-test etmək istəyən polis müqavimətlə qarşılaşıb. Bundan sonra R.Bruks ərazidən qaçmağa çalışıb və polis onu saxlamaq qərarına gəlib.

 

Hadisə barədə araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var