Modern.az

İngiltərə Premyer Liqasında daha iki koronavirusa yoluxma

İngiltərə Premyer Liqasında daha iki koronavirusa yoluxma

14 İyun 2020, 14:04

İngiltərə Premyer Liqasında növbəti koronavirus testlərinin nəticələri açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, müayinələrin 8-ci mərhələsində 1200 nəfər yoxlanılıb.

 

Futbolçu və klub əməkdaşlarının testlərindən ikisi müsbət nəticə verib. Adları açıqlanmayan iki şəxs fərqli klubları təmsil edir.

 

Qeyd edək ki, əvvəlki mərhələlərdə 7413 nəfər testdən keçib. Onlardan 14-də koronavirus aşkarlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var