Modern.az

İranda qadınların kütləvi həbsinə başlanıb

İranda qadınların kütləvi həbsinə başlanıb

19 May 2012, 17:19

Modern.az saytı İran mətbuatına istinadən xəbər verir ki, paytaxt Tehranda minlərlə polisin iştirakı ilə qadınlara qarşı böyük bir kampaniyaya başlanıb. Belə ki, hökumətin göstərişi ilə geyim normalarına riayət etməyən, açıq-saçıq geyimlə küçələrə çıxan qadınlar dərhal polis əməkdaşları tərəfindən saxlanaraq müvafiq polis bölmələrinə aparılır. Hazırda saxlanılan qadınların əksəriyyəti geyim normalarına riayət edəcəkləri ilə bağlı rəsmi protokol imzaladırdan sonra azadlığa buraxılırlar.İran hüquq-mühafizə orqanları yerli qadınlara xəbərdarlıq edir ki, əxlaq qaydalarına riayət etməyənlər daha sərt cəzalara məruz qalacaqlar.

Qeyd edək ki, İran İslam Respublikasında dar, cazibədar geyimlərlə ictimaiyyət arasında çıxmaq qanunla qadağandır.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza