Modern.az

Livanda etirazlar: 80-dən çox insan yaralandı

Livanda etirazlar: 80-dən çox insan yaralandı

14 İyun 2020, 14:29

Livanın şimalında yerləşən Tripoli şəhərində nümayişçilərlə hərbçilər arasında baş verən toqquşmalarda onlarla insan yaralanıb. Xəsarət alanların 20-si hərbçilərdir.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Livanın milli agentliyi “NNA” məlumat yayıb.

 

Ardıcıl üç gündür davam edən nümayişlərdə vətəndaşlar ölkədə pisləşən iqtisadi vəziyyətə, yoxsulluq və aclığa etiraz edirlər.

 

Qeyd olunub ki, dünənki toqquşmalarda iyirmi hərbçi daxil olmaqla 80-dən çox insan yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var