Modern.az

Daha bir ölkə xəstəliyə qalib gəldi

Daha bir ölkə xəstəliyə qalib gəldi

14 İyun 2020, 22:57

Konqo Demokratik Respublikası ölkənin şərqində 2018-ci ildə yayılan Ebola virusunun onuncu dalğasının bitdiyini elan etməyə hazırlaşır.

Modern.az  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ebola virusunun yayıldığı Şimali Kivu bölgəsində artıq 44 gündür yoluxma aşkarlanmır.

Qeyd edək ki, ölkənin şərqində 2018-ci ilin avqustunda meydana gələn Ebolaya 3314 nəfər yoluxub, 2025 nəfər virusdan ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var