Modern.az

Prezident İlham Əliyev ABŞ-a işgüzar səfər edib

Prezident İlham Əliyev ABŞ-a işgüzar səfər edib

20 May 2012, 11:49

Modern.az  AzərTAc-a istinadən xəbər verir ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfərə  gedib.

Səfər çərçivəsində prezident İlham Əliyev Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə görüşüb. Görüşdə Azərbaycan - Gürcüstan əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə də görüşüb.  Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq bildirilib, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

 Dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

 

 

 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza