Şəmkir rayonunda 6 nəfərin ölmü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Şəmkir rayonu, Şəmkir - Gəncə yolunun 20-ci kilometrliyində vətəndaşa məxsus "PAZ" markalı sərnişin avtobusu idarəetməni itirərək yol qəzası törədib. Nəticədə avtobusun sürücüsü və avtobusda olan 5 nəfər sərnişin aldıqları bədən xəsarətlərindən hadisə yerində həlak olmuş və avtobusun içərisində aparılan 2 iribuynuzlu inək tələf olub.
FHN-nin xilasediciləri tərəfindən meyidlər müxtəlif alətlərlə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə yerində müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Modern.az