Modern.az

Rusiyada öldürülən azərbaycanlı tələbənin nəşi vətənə gətirilir

Rusiyada öldürülən azərbaycanlı tələbənin nəşi vətənə gətirilir

Aktual

16 İyun 2020, 13:54

Rusiyanın Volqoqrad şəhərində yerli tibb universitetinin qətlə yetirilən 17 yaşlı tələbəsi, Azərbaycan vətəndaşı Timur Qavrilovun nəşi vətənə yola salınacaq.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli istintaq qurumlarından bildiriblər.

 

Ötən gün Volqoqrad vilayəti qubernatoru Andrey Boçarov bu qətli törədən şəxsin axtarışına kömək müqabilində 1 milyon rubl (14.340 ABŞ dolları) mükafat vəd edib.

 

Daha əvvəl Azərbaycanın Rusiyadakı səfirliyinin bu hadisəni nəzarətə götürdüyü bildirilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et