Ermənistanda daha 425 nəfərdə yeni növ koronavirus (COVID-19) aşkarlanıb, 8 nəfər virusdan ölüb.
Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 17489-a, vəfat edənlərin sayı isə 293-ə yüksəlib.
Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət rejimi iyulun 13-nə kimi uzadılıb.
T.İSMAYIL