Modern.az

Ombudsmanın nümayəndələri Arif Hacılı ilə görüşüb

Ombudsmanın nümayəndələri Arif Hacılı ilə görüşüb

21 May 2012, 15:31

Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, İnsan hüquqları üzrə Mivəkkil Aparatının əməkdaşları 19 may 2012-ci il tarixdə Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən Arif Hacılı ilə görüşüblər. Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, söhbət zamanı A.Hacılı bu ilin 15 may tarixindən aclıq etdiyini, səhhətində problem olmadığını bildirib. Eyni zamanda o, müəssisə əməkdaşlarının onunla rəftarından şikayət etməyib və müəssisədə hər hansı hədəyə məruz qalmadığını söyləyib.  Müəssisə rəhbərliyi ilə söhbət zamanı bildirilib ki, A.Hacılı aksiya keçirməsi barədə ərizə ilə müraciət etməyib. Aparatın əməkdaşları müəssisənin həkiminə A.Hacılının səhhətini nəzarətdə saxlamağı tapşırıblar. 


Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza