Modern.az

“Eurovision-2012”yə baxmağa gələn turistlərin sayı açıqlandı

“Eurovision-2012”yə  baxmağa gələn turistlərin sayı açıqlandı

21 May 2012, 16:07

Nəqliyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2012-ci il 21 may tarixinədək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakıya  42 ölkənin nümayəndələri gəlib. Qonaqların  665 nəfər təyyarə, 6 nəfər isə qatarla gəlib. Gələn iştirakçıların ümumi sayı 671 nəfərdir. Paytaxta təşrif buyuran qonaqlar 16 oteldə yerləşdiriliblər. Qonaqlardan 152 nəfər “Hayatt Regency” və “Hyatt Park” otelində,  

142 nəfər “Hilton” otelində, 108 nəfər  “Park İnn” də , 58 nəfər “JW Mariott” otelində, 51 nəfər “Avropa” otelində, 29 nəfər  “Sapphir” otelində, 14 nəfər “Chiraq Plaza” da, 1-10 nəfərədək qonaq isə qalan 9 oteldə yerləşdirilib.

Qonaqların məşqlər cədvəlinə uyğun olaraq 14 may tarixində 9 nümayəndə heyəti, 15 may tarixində 8 nümayəndə heyəti, 16 mayda 10 nümayəndə, 17 mayda 13 nümayəndə, 18 mayda 13 nümayəndə, 19 mayda 11, 20 may tarixində 11 nümayəndə heyəti otellərdən xüsusi avtobuslarla “Bayraq meydanı”na aparılıblar. 14, 15, 16, 17 may tarixlərində “E” indeksli marşrutlara mütəmadi 16 avtobus ayrılıb, o cümlədən “E 2” (Azadlıq meydanı-Tbilisi prospekti) 4 ədəd,  “E 3” (Azadlıq meydanı-İçəri şəhər) 4 ədəd, “E 4” (Azadlıq meydanı-Teymur Əliyev küçəsi) 4 ədəd, “E 5” (Azadlıq meydanı-Bayraq meydanı)  4 ədəd avtobus qonaqların istifadəsinə verilib. 

Qeyd edək ki,  “E6” və “E7”, “E8” marşrutların fəaliyyəti final və yarım final günlərində nəzərdə tutulub. Həmin günlərdə yerli əhalinin daşınması üçün vətəndaşların  minik nəqliyyat vasitələrinin saxlaya biləcəkləri şəhərin 6 məntəqəsindən “Bayraq meydanı” istiqamətində avtobus marşrutunun xətləri müəyyən edilib. Türkiyədən icarəyə alınmış MAN- NEOPLAN markalı avtobusların 7 ədədi  təşkilat komitəsinin sərəncamına ayrılıb.

Media nümayəndələrinin otellərdən “Bayraq meydanı”na daşınması üçün 6 ədəd “İSUZU” markalı avtobus ayrılıb. (PRESS1-PRESS4) Şəhər ərazisində nəzərdə tutulmuş taksi dayanacaqlarında, orta hesabla 6-10 taksi avtomobilləri xidmət göstərir.  Hava limanında mütəmadi olaraq 50 taksi müvafiq duracaqlarda xidmət göstərməkdədir.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza