Modern.az

Millət vəkili Gürcüstana gedib

 Millət vəkili Gürcüstana gedib

Təhsil

21 May 2012, 18:51

Modern.az xəbər verir ki, millət vəkili  Qənirə Paşayeva Şuşa və Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Gürcüstana  gedib.

Tədbir çərçivəsində ilk növbədə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa ”filminin təqdimatı keçiriləcək. Azərbaycan, Qarabağ həqiqətlərinin Gürcüstanda daha geniş şəkildə yayılması məqsədilə filmin nüsxələri Gürcüstanın bir sıra təhsil ocaqlarına, QHT-nə və KİV-ə paylanılacaq. Eyni zamanda tədbir çərçivəsində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə çapdan çıxan Laçın rayonundan məcburi köçkün Əli Əliyevin müəllifi olduğu “Əlli dörd gün erməni mühasirəsində” kitabının təqdimatı da keçiriləcək və kitab tədbir iştirakçılarına və Gürcüstanın təhsil ocaqlarına, QHT-ə və KİV-ə təqdim ediləcək. Tədbirdə millət vəkili Qənirə Paşayeva və “Əlli dörd gün erməni mühasirəsində” kitabının müəllifi Əli Əliyev iştirak edəcək. Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza