Modern.az

Azərbaycan səfiri Türkiyənin Adana və Qaziantep vilayətlərini gəzib - FOTOLAR

Azərbaycan səfiri Türkiyənin Adana və Qaziantep vilayətlərini gəzib - FOTOLAR

22 May 2012, 10:12

Modern.az-ın məlumatına görə, Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu nəzdində fəaliyyət göstərən Türkiyə-Azərbaycan Biznes Şurasının dəstəyi ilə 16-19 may tarixləri arasında Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun Türkiyənin Adana və Qaziantep vilayətlərinə işgüzar səfəri olub.

Səfər çərçivəsində səfir Faiq Bağırov, Qaziantep Valisi Erdal Ata, Qaziantep Bələdiyyə Başçısının Vəkili Ünsal Göksen və Qaziantep Sənaye Palatasının Sədri Adil Konukoğlu ilə görüşlər keçirib, Qaziantep Ticarət Palatasında çox sayda iş adamının qatıldığı geniştərkibli toplantıda iştirak edərək ölkəmiz haqqında geniş məlumatlar veribdir.

F.Bağırov, həmin gün Qaziantepdə Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan orta məktəbi də ziyarət edərək sözügedən məktəbin müəllim və tələbə kollektivi ilə görüşüb və məktəbə ölkəmizlə bağlı çox sayda kitab hədiyyə edib.

Regiona səfərinin ikinci günündə Səfir Faiq Bağırov Adanada olub. Səfir Adanada Adana Valisi Hüseyin Avni Coş və Adana Bələdiyyə Başçı Vəkili Zihni Aldırmaz ilə görüşüb. Səmimi şəraitdə keçən görüşlər zamanı iki ölkə əlaqələrinin yüksək səviyyəsindən və bölgələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyəti haqda müzakirələr aparılıb.

Daha sonra səfir F.Bağırov Adana Ticarət Palatasında çox sayda iş adamlarının iştirak etdiyi toplantıya qatılıb, Azərbaycanın sürətli iqtisadi inkişafı və ölkəmizdə mövcud olan sərfəli investisiya mühitindən geniş şəkildə bəhs edibdir.

Ardından Adana şəhərində yerləşən Çukurova Universitetinin Rektoru və idarə heyəti ilə sözügedən universitetdə geniş tərkibli görüş keçirilib.

Sonra səfir, Adana Sənaye Palatasının Vitze-Prezidenti Süleyman Gerdan ilə görüşüb. Görüş zamanı səfir, ölkəmizdəki investisiya mühiti və sürətli inkişaf edən iqtisadiyyatımızdan əsaslar gətirərək müsahibinə məlumat verib.

 F.Bağırov, Adana vilayətinin Ceyhan rayonuna keçmişdir. Ceyhan Bələdiyyə Başçısı Hüseyin Sözlü ilə görüşün ardından, Heydər Əliyev adına dəniz terminalına baş çəkib. Dəniz terminalındakı səlahiyyətli şəxslərdən məlumat alan səfir, görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan Ceyhandakı texniki peşə məktəbində olub.. Səfir Heydər Əliyev adına texniki peşə məktəbinə ölkəmizlə bağlı çox sayda kitab və DVD hədiyyə edibdir.

Azərbaycan rəsmisi Türkiyənin avtomobil sənayesi sahəsində nəhəng şirkətlərdən biri olan Tem SA şirkətində də olub. Şirkətin rəhbərliyini ölkəmizin sərfəli investisiya mühiti haqqında məlumatlandıran Səfir, şirkəti Azərbaycana investisiya qoymağa dəvət edibdir.

Həmin gün axşam Adanada, TÜRKSOY-un təşkilatçılığı və səfirliyimizin dəstəyi ilə Mirzə Fətəli Axundzadənin “Misyö Jordan və dərviş Məstəli şah” komediyası tamaşaya qoyulub.

 

 

 

 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza