Bu gün koronavirusla bağlı 6100, ümumilikdə isə 403 499 test icra olunub.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı deyib ki, virusdan ölənlərin sayı 139 nəfərdir:
"157 nəfər reanimasiyadadır ki, onlardan 30 nəfəri süni tənəffüs aparatına qoşulub".
TƏBİB sədri deyib ki, ölkədə epidemioliji vəziyyət ürəkaçan deyil:
"Bu xüsusda isə həkimlərimizjm üzərinə böyük yük düşür. Bu səbəbdən də 2 gündəlik xüsusi karantin rejiminin tətbiqi nəzərdə tutulur".