Modern.az

Ermənilər Azərbaycan deputatları barədə təxribatçı məlumat yayıblar

Ermənilər Azərbaycan deputatları barədə təxribatçı məlumat yayıblar

Parlament

22 May 2012, 13:10

”Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasına qatılan nümayəndə heyətləri İrəvanda qondarma” erməni soyqırımı” abidəsini ziyarət edərkən Azərbaycan deputatları onların arasında olmayıb”. Modern.az saytının məlumatına görə, bu barədə deputat Mübariz Qurbanlı Milli Məclisin bugünkü iclasında çıxışı edərkən bildirib.
Onun sözlərinə görə, erməni media orqanları qondarma” erməni soyqırımı” abidəsini ziyarət edənlər arasında azərbaycanlı deputatların da olduğunu yazmaqla növbəti təxribata imza atıblar.

”Mən İrəvana gedən deputatlarımızla əlaqə saxlamışam, onlar bildiriblər ki, bu ermənilərin təxribatıdır və çünki həmin yeri ziyarət zamanı Azərbaycan deputatları Gürcüstanın ərazisində olublar”-deyə M.Qurbanlı qeyd edib.

Deputat Azərbaycan mediasına müraciət edərək, ermənilərin yaydığı saxta məlumatı tirajlamamağa, təxribata uymamağa çağırıb.

Xatırladaq ki, mayın 21-də Azərbaycan Milli Məclisinin 3 deputatı – Asəf Hacıyev, Jalə Əliyeva və Musa Quliyev Ermənistan paytaxtı İrəvana gediblər. Onlar mayın 22-24-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 39-cu plenar iclasında iştirak edəcəklər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım