Modern.az

Qüdrət Həsənquliyev: “İranın İslam dəyərlərindən danışmağa haqqı yoxdur”

Qüdrət Həsənquliyev: “İranın İslam dəyərlərindən danışmağa haqqı yoxdur”

22 May 2012, 13:23

Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında çıxış edən millət vəkili Qüdrət Həsənqiliyev bildirib. Deputat son zamanlar İranın rəsmi dairələrinin ölkəmizdə keçirilən “Eurovision” yarışmasının əleyhinə səsləndirdiyi iradları əsassız sayaraq, qeyd edib ki, onların bu məsələdə daxili işlərimizə qarışmağa haqqı yoxdur.

“İranın bizə İslam dərsi keçməyə heç bir haqqı yoxdur. Bizdə məlumatlar var ki, orada orta məktəb qızlarının 25 faizi sulu qəlyan çəkir. İranda bir çoxları ailə qurana qədər bir yerdə ailə kimi yaşayırlar. Onların bu baxımdan İslam məsələsindən danışmağa heç bir haqqı yoxdur”-deyə Q.Həsənquliyev bildirib.
Deputat çıxışı zamanı ABŞ-ın Dağlıq Qarabağa göstərdiyi maliyyə yardımına toxunaraq vurğulayıb ki, Milli Məclis bununla bağlı addım atmalıdır: “ABŞ Dağlıq Qarabağa maliyyə yardımı ayırır. Bu da ABŞ-ın Qarabağdakı ermənilərin bir növ müstəqilliyə öyrətməsi deməkdir. Bununla bağlı mənə elə gəlir ki, Milli Məclis bir sənəd qəbul eləməlidir”.

Deputat İran səfirinin geri çağırılması məsələsinə münasibət bildirib. Qeyd edib ki, Azərbaycan İran səfirini qovmayıb.

“Biz İran səfirini burdan qovmarıq. Çünki onun açıqlamalarının hər biri konkret olaraq Azərbaycanda terror törədəcəkləri barədə xəbər verirdi”.

Milli Məclisin üzvü Zahid Oruc da Qüdrət Həsənquliyevin qaldırdığı məsələyə toxunaraq, bildirib ki, ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımı etməsinə Azərbaycan parlamenti kəskin etiraz bildirməlidir. Deputat bildirib ki, ABŞ Qarabağ ermənilərini bununla daha da gücləndirir:

“2013-cü ilə olan rəqəmlərə gəlincə, onların ermənilərə daha çox vəsait ayıracağı gözlənilir. Azərbaycan parlamenti buna etiraz etməlidir”.

Z.Oruc Azərbaycanın dövlət büdcəsindən Dağlıq Qarabağ üçün vəsaitin ayrılması təklifi irəli sürüb. Deputatın sözlərinə görə, Dağlıq Qarabağdakı separatçı rejimin ləğvindən sonra bu vəsaitlər onlara göndəriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza