Modern.az

Nigar Arpadarai düymə basmaqda həmkarları ilə rəqabət apara bilmir

Nigar Arpadarai düymə basmaqda həmkarları ilə rəqabət apara bilmir

Aktual

19 İyun 2020, 14:11

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında spiker Sahibə Qafarova ilə deputat Nigar Arpadarai arasında maraqlı dialoq yaşanıb.

 

Modern.az xəbər verir ki, deputat N.Arpadarai çıxış üçün spikerdən bir dəqiqəlik vaxt istəyib:

 

"Mən həmkarlarımla rəqabət aparmaqda çətinlik çəkirəm. Yəni çıxış üçün düyməni vaxtında basa bilmirəm, ona görə gecikirəm. Xahiş edirəm ki, mənə 1 dəqiqəlik söz verin".

 

Spiker isə həmkarına belə cavab verib:

 

"Mən başa düşürəm rəqabət nə deməkdir, burada çox təcrübəli insanlar var. Buna görə də sizə söz verirəm, çünki səmimi danışdınız".

 

Qeyd edək ki, N.Arpadarai çıxışında həkimlərin sosial sığortası ilə bağlı məsələni gündəmə gətirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et