Modern.az

“İrana artıq layiqli cavab vermək lazımdır”

“İrana artıq layiqli cavab vermək lazımdır”

Təhsil

22 May 2012, 14:33

Milli Məclisin bu gün keçirilən plenar iclasında İranla yaşanan gərgin durum günün müzakirə mövzusuna çevrilib. Məsələyə Milli Məclisin vitse-spikeri Bahar Muradova da münasibət bildirib. B.Muradova deyib ki, Azərbaycanın yüksələn inkişafı bir çox ölkələrdə ciddi narahatlıq yaradır.

“Bu gün Azərbaycandakı vəziyyət bir çox ölkələri narahat edir. Bu baxımdan deyə bilərəm ki, onlar hər hansı məsələni qarşılarına məqsəd qoyublarsa, özlərinə başqa bəhanələr də tapacaqlar. Azərbaycan dövlətinin siyasəti kiməsə bəhanə vermək və bu bəhanənin aradan qaldırılmasına köklənməyib. Azərbaycanın dövlət siyasəti xalqın rifahının yüksəldilməsi və ölkəmizin qüdrətinin yüksəldilməsindən ibarətdir. Biz bütün dövlətlərlə münasibətlərimizi normal şəkildə qururuq”- deyə B.Muradova vurğulayıb. Vitse-spiker İranın Azərbaycanı rəsmi dövlət kimi yox, Bakı deyə adlandırmasına layiqincə cavab verməyin lazım olduğunu qeyd edib. Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza