Modern.az

YAP-çı deputat müxalifəti ermənilərlə işbirliyində ittiham etdi

YAP-çı deputat müxalifəti ermənilərlə işbirliyində ittiham etdi

Təhsil

22 May 2012, 14:54

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov digər həmkarları kimi İran məsələsinə toxunub. O, qeyd edib ki, İranın ABŞ-a gücü çatmadığı üçün Azərbaycanın üstünə düşür.

“Ölkəmizdə olan səfirliklərin qarşısında Azərbaycandakı səfirliyin olması yazılır. Amma İran səfirliyində isə qeyd olunmayıb ki, İranın Azərbaycan Respublikasındakı səfirliyidir. İran Azərbaycanı qısqanır. Azərbaycan prezident səviyyəsində dəfələrlə bəyan edilib ki, Azərbaycan öz ərazisindən İranın vurulmasına imkan verməyəcək. Azərbaycana xeyli təzyiqlərin olmasına baxmayaraq, bundan imtina etdi. İranın ABŞ-a gücü çatmır, düşür Azərbaycanın üstünə. Hardadır ədalət, hardadır bəs müsəlmançılıq. Səfiri geri çağırıb təlimat verib geri göndərəcəklər”-deyə deputat bildirib.

S.Novruzov daha sonra İcitmai Palatanın dünən keçirdiyi aksiyaya münasibət bildirərək, müxalifəti erməni lobbisi ilə əlaqədə ittiham edib. Deputatın sözlərinə görə, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr var və İctimai Palata da bundan istifadə etməyə çalışır:

““Eurovision” müsabiqəsi keçirilən məkanın 30 metrliyində onlara yer verildi. Amma orada aksiya keçirmək istəmədilər. Görünür onlara erməni lobbisi göstəriş verib ki, Azərbaycanda mümkün qədər asayişi pozsunlar. Onlar birdəfəlik bilməlidirlər ki, istədiklərinə nail ola bilməyəcəklər”.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza