Modern.az

Fazil Mustafa Moldova və Gürcüstanı ittiham edib

Fazil Mustafa Moldova və Gürcüstanı ittiham edib

Təhsil

22 May 2012, 15:21

Milli Məclisin mayın 22-də keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa da İran məsələsi ilə bağlı fikir söyləyib. Deputat bildirib ki, Azərbaycan elə eləməlidir ki, İran tərəfinin əlinə bəhanə verməsin. F.Mustafa İrana qarşı dünya ölkələrinin etirazını haqlı hesab edir.

Deputat daha sonra Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmasının beynəlxalq ictimaiyyət tərəfindən tanınması məsələsinə toxunaraq qeyd edib ki, Gürcüstan və Moldova heç vaxt işğal faktını təsdiq etməyib. “Mən hələ bir dəfə də olsa beynəlxalq tədbirlərdə görməmişəm ki, Moldova və Gürcüstan Dağlıq Qarabağ bölgəsinin işğal olunduğu faktını dilə gətirsin. Halbuki, Azərbaycan dəfələrlə Abxaziya, Osetiyadan danışaraq onların işğal olunduğunu qeyd edib”-deyə millət vəkili vurğulayıb. Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza