Modern.az

Pənah Hüseyn aclıq aksiyasını davam etdirir

Pənah Hüseyn aclıq aksiyasını davam etdirir

22 May 2012, 16:15

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı müxalifət nümayəndələrinin başlatdığı aclıq aksiyasının son durumu ilə bağlı Modern.az-a məlumat verib. G.Aslanlı bildirib ki, aksiya iştirakçılarının səhhətində problemlər yaransa da, onlar vicdan məhbusları azad olunana kimi ac qalacaqlar:

“Hazırda aclıq aksiyasını 8 nəfər davam etdirir. Bu gün səhər bir xanımın səhhəti pisləşdiyi üçün aksiyanı dayandırmalı oldu. Aksiya iştirakçılarının tələbi vicdan məhbuslarının azad olunana qədər aclığı davam etdirməkdir. Aksiyaya qoşulmaq istəyənlər çoxdur. Buna görə səhhətində problem yarananları digərləri əvəz edir. Artıq 8 gündür aclıq aksiyası davam edir”.

Sabiq deputat Pənah Hüseyn də aclıq aksiyasını davam etdirir Aclıq aksiyasına beynəlxalq ictimaiyyətin dəstək verdiyini deyən G.Aslanlı qeyd edib ki, “Eurovision”a görə ölkəmizə gələn xarici media nümayəndələri aclıq edənlərlə mütəmadi əlaqə saxlayırlar. G.Aslanlı Ombudsman  aparatının onlarla maraqlanmadığını deyib.

“Beynəlxalq ictimaiyyətin bu aksiyaya marağı yüksək səviyyədədir. “Eurovision” yarışması üçün Azərbaycana gələn jurnalistlər Müsavat qərargahına gələrək onlara baş çəkirlər. Onlara beynəlxalq dəstək var. Çox təəsüflər olsun Ombudsman aparatı aclıq aksiyası edənlərlə maraqlanmayıblar”-deyə G.Aslanlı vurğulayıb.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza