Modern.az

QHT Şurası Maliyyə Nazirliyinə təkliflər verdi

QHT Şurası Maliyyə Nazirliyinə təkliflər verdi

Qarabağ

22 May 2012, 16:18

Nazirlər Kabinetinin 201 nömrəli qərarı ilə “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” təsdiq edilib. Həmin qərara uyğun olaraq, 2010-cu ilin yanvar ayının 1-dən etibarən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları (QHT-lər) müvafiq icra hakimiyyəti orqanına illik maliyyə hesabatlarını təqdim etməyə başlayıb.

İllik maliyyə hesabatlarının təqdim edilməsi üçün son müddətin hesabat dövrü başa çatan ildən sonrakı ilin aprel ayının 1-i olmasına baxmayaraq, artıq 3-cü ildir ki, QHT-lərin hesabatlılığında ciddi problemlər yaranmaqdadır. Şuranın mütəmadi olaraq QHT-lər arasında məlumatlandırma işi aparmasına və müvafiq təlimlər təşkil etməsinə, eyni zamanda bu məsələ ilə əlaqədar digər  tədbirlər görməsinə baxmayaraq, illik maliyyə hesabatlarının verilməsində həm gecikmələr, həm də ciddi nöqsanlar aşkar olunur. Bunun da əsas səbəblərindən biri illik maliyyə hesabatı formalarının QHT-lər tərəfindən doldurulmasında çətinliklərin mövcud olmasıdır.

Şura intensiv olaraq bu sahədə QHT-lərə kömək məqsədilə rəsmi internet səhifəsi və təşkil etdiyi tədbirlər vasitəsilə QHT-lərə çağırışlar etmiş, illik maliyyə hesabatlarının doldurulması və təqdim olunması üçün Bakı və regionlarda məsləhət xidməti yaradıb.

QHT-lər mütəmadi olaraq müxtəlif tədbirlərdə, eyni zamanda kütləvi informasiya vasitələrində illik maliyyə hesabatlarının təqdim edilməsini şəffaflığın artırılması üçün bir vasitə olduğunu təqdir etsələr də, hesabat formalarının mürəkkəbliyini də vurğulayıblar.  

Şura QHT-lərin illik maliyyə hesabatları ilə bağlı məsələni araşdıraraq, hesabatların təkmilləşdirilməsi üçün aşağıdakı təkliflərlə Maliyyə Nazirliyi qarşısında çıxış edib:

Qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatlarının komponentlərinə daxil edilən formaların sadələşdirilməsi ilə bağlı maliyyə hesabatlarının təqdim olunması zamanı QHT-lərin illik maliyyə dövriyyəsinə görə təsnifatlandırılması, illik dövriyyəsi 10 min manata qədər olan QHT-lərin illik maliyyə hesabatı təqdim etməkdən azad edilməsi və hesabatların elektron qaydada verilməsi təklifilə çıxış edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu