Modern.az

Albaniya “Eurovision”nun yarımfinalını yayımlamaqdan imtina edib

Albaniya “Eurovision”nun yarımfinalını yayımlamaqdan imtina edib

22 May 2012, 17:57

Albaniya “Eurovision-2012”  mahnı müsabiqəsinin birinci yarımfinalını yayımlamayacaq. Modern.az “eurovision.az” saytına istinadan xəbər verir ki, Albaniyadakı avtobus qəzası zamanı yaşanan faciə ilə əlaqadar bu ölkə “Eurovision”un birinci yarımfinalını canlı yayımlamayacaq. Buna baxmayaraq Albaniya münsif səsverməsində iştirak edəcək. “Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand  avtobus qəzası zamanı yaşanan faciəyə kədərləndiklərini bildirib və qeyd edib ki, Albaniyanın şounun birinci yarımfinalını yayımlamamasına dair müraciəti müsbət dəyərləndirilib.
Onun sözlərinə görə, Albaniyanın bu qərarı ölkənin müsabiqədə iştirakına təsir etməyəcək və ölkə şounun ikinci yarımfinal və final mərhələlərini yayımlayacaq.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza