Modern.az

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində COVID-19-a yeni yoluxma

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində COVID-19-a yeni yoluxma

Aktual

21 İyun 2020, 15:34

Gürcüstanın Bolnisi rayonunda koronavirusa yeni yoluxma faktı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, virusun aşkarlandığı şəxs azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kənd sakinidir.

 

Bununla da, rayonda COVID-19-a yoluxanların sayı 192-yə çatıb. Onların 175-i sağalıb, 4-ü isə vəfat edib.

 

Qeyd edək ki, Muşevani kəndində aprelin 25-dən yüksək epidemioloji risk səbəbindən sərt karantin rejimi tətbiq olunur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et