Modern.az

Xocasəndə taxta emalı sexində yanğın söndürüldü - YENİLƏNİB

Xocasəndə taxta emalı sexində yanğın söndürüldü - YENİLƏNİB

Aktual

21 İyun 2020, 17:54

Binəqədi rayonunun Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş verən yanğın söndürülüb.

Modern.az xəbər verir ki, yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.

 

***

 

Xocasən qəsəbəsində yanğın başlayıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et