Modern.az

Ağsuda əlillər arasında dava 

Ağsuda əlillər arasında dava 

Aktual

21 İyun 2020, 16:39

Ağsu rayonunda iki nəfər arasında dava baş verib, xəsarət alan var.

 

Modern.az-ın xəbərinə görə, Ağsu şəhər sakini 1980-ci il təvəllüdlü Babayev Rahim Sədrəddin oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ağsunun "Meliatorlar" qəsəbə sakini, 1977-ci il təvəllüdlü Əzizov Ramil İnqilab oğlunu bıçaqlayıb.

 

O, Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə hadisəni törədən Rahim Babayev bir qolu olmadığı üçün I qrup əlildir, xəsarət alan Ramil Əzizov isə II qrup əlildir. Onlar arasında  çayxanada mübahisə yaranıb. Sonra Rahim Babayev Ramil Əzizovun evinə gedib, onu küçəyə çıxararaq bıçaqlayıb.

 

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Whatsapp
Bizə yazın!
Keçid et