Bakıda yanğınla bağlı bir çox abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.
Modern.az xəbər verir ki, bu barədə “Azəriqaz”ın Mətbuat katibi Ceyhun Səfərov feysbuk səhifəsində məlumat verib:
“Binəqədi rayonu, Xocəsən qəsəbəsində piyada keçidinin yanında anbar yanıb. Yanğının qazla əlaqəsi yoxdur. Təhlükəsizlik tədbiri olaraq fəsadlar aradan qaldırılana qədər Bakı Regional qaz istismarı Departamenti bir qrup abonentin qaz təchizatını müvəqqəti dayandırıb”.