Tehran hədə tonunu artırıb, ayətullah Sübhani bütün KİV-ləri Bakıya qarşı cihada çağırıb
İran Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasını öz ölkəsinə qarşı son günlər keçirlən anti-İran aksiyalarının təşklində ittiham edib. Modern.az bildirir ki, bu barədə qonşu ölkənin XİN-in yüksək rütbəli diplomatı İranın “Səhər” TV telekanalına bildirib.
XİN-dəki mənbə “Səhər” TV-yə bildirib ki, İsrail tərəfindən dəstəklənən bu aksiyalar zamanı “dünya müsəlmanlarının Vəliyi- Fəqihinin müqəddəsliyinə hörmətsizlik edilib”. (?)
Daha sonra hədə-qorxu tonuna keçən mənbə Səhər TV–yə bildirib ki, “Bakı anti-islami və anti-İran siyasətləri üçün ağır vəsait ödəyəcək”.
Bu gün həmçinin Qum şəhərində yaşayan, şiələrin mərceyi təqlidi hesab olunan ayətullah Sübhani “Avroviziya” ilə bağlı mövqeyini açıqlayaraq, İran KİV-lərini Azərbaycana qarşı çıxmağa səsləyib.
Əhalisinin 70 faizdən çoxunu şiələr təşkil edən bir ölkədə bu müsabiqənin proqramı çərçivəsində homoseksualların paradının keçirməsinin də planlaşdırılırdığı barədə sərsəm açıqlama verən ayətullah “ona görə də bütün medialar bu mövzuya qarşı çıxmalıdırlar” deyə vurğulayıb.
Modern.az