Modern.az

Azərbaycanın səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycanın səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Təhsil

22 May 2012, 19:37

Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov dünən İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir.

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi səfir Cavanşir Axundovla görüşərək iki ölkə arasındakı son vəziyyətlə bağlı müzakirələr aparıb və ölkəsinin Azərbaycanda "dini müqəddəslərə hörmətsizlik" məsələsinə etirazını çatdırıb.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Trend-ə İran XİN-nə çağırılması faktını təsdiqləyib, lakin müzakirlərin təfərrüatlarını açıqlamayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza