Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ermənistanda səfərdə olan Azərbaycanlı deputat Asəf Hacıyev jurnalistlərə açıqlamasında düşmən ölkənin işğalçılıq siyasətindən danışıb.
“Novosti-Armenia”-nın yaydığı xəbərə görə, Asəf Hacıyev açıqlamasında bildirib ki, Ermənistanla hər hansı əməkdaşlıqdan danışmaq mümkün deyil:
““Bütün ölkələrlə əməkdaşlıq etməyə hazırıq, lakin nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, Ermənistanla əməkdaşlıq etməyəcəyik.
Düşünürəm ki, sizin yeni rəhbərliyinin bu məsələyə qeyd etdiyim nöqteyi-nəzərdən yanaşmalı, işğal altında saxladıqları torpaqları azad etməlidir. Yalnız bundan sonra Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status verilə, bütün kommunikasiyalar bərpa oluna bilər”.
Xatırladaq ki, QDİƏT Parlament Assambleyasının 39-cu plenar sessiyasında Azərbaycan Milli Məclisinin üç üzvü, Jalə Əliyeva, Musa Quliyev və Asəf Hacıyev iştirak edirlər.
Modern.az