Modern.az

Polis İsa Qəmbərin iki müavinini saxlayıb

Polis İsa Qəmbərin iki müavinini saxlayıb

Təhsil

24 May 2012, 11:14

Müsavat Partiyasının başqan müavinləri Gülağa Aslanlı və Tofiq Yaqublunun bu gün səhər saatlarında polis tərəfindən saxlanması haqda məlumat yayılıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, G.Aslanlı nəvəsini həkimə apararkən, T.Yaqublu isə Müsavat Partiyasının qərargahına gələrkən polis tərəfindən saxlanılıb.

Faktı dəqiqləşdirmək üçün Modern.az-ın əməkdaşı Müsavat Məclisinin sədri Arzu Səmədbəyli ilə əlaqə saxlayıb. A.Səmədbəyli bildirib ki, onlara da səhər saatlarında bununla bağlı məlumat daxil olub.
“Bizə də bu gün səhər saatlarında belə məlumat daxil oldu. Dərhal biz Gülağa Aslanlıya və Tofiq Yaqubluya zəng etsək də, onlara zəng çatmadı. Telefeonları söndürülüb. Dəqiq bilmirik onları polis saxlayıb, yoxsa yox. Bu haqda dəqiq məlumatımız yoxdur”-deyə A.Səmədbəyli vurğulayıb.
Yayılan məlumata görə, G.Aslanlı Nəsimi, T.Yaqublu isə Suraxanı rayon polis idarəsinə aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, faktla bağlı araşdırma aparılandan sonra məlumat verə bilərlər...

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza