Modern.az

Bill Geytsdən VİRUS AÇIQLAMASI: “Yer kürəsinin 60-70%-i yoluxacaq”

Bill Geytsdən VİRUS AÇIQLAMASI: “Yer kürəsinin 60-70%-i yoluxacaq”

26 İyun 2020, 13:50

"Microsoft" şirkətinin keçmiş prezidenti, dünyanın ən zəngin ikinci iş adamı Bill Geyts koronavirus pandemiyası ilə bağlı yeni açıqlama verib.


Modern.az
xarici KİV-ə istinadən xəbər verir ki, milyarder kəşf olunacaq vaksinin virusun yayılmasının qarşısını almayacağı fikrindədir.

O, Minnesota Universitetinin İnfeksion Xəstəliklərin Tədqiqi Mərkəzinin direktoru Maykl Osterholmun fikri ilə də razılaşıb. Osterholm planetin 60-70%-nin virusa tutulacağını proqnoz etmişdi.

“Vaksinin kəşfi koronavirusun yayılmayacağı təminatını vermir. Virusun yayılması Yer kürəsi sakinlərinin 60-70%-i yoluxana qədər davam edəcək”.

 

Bununla belə, milyarder vaksinin 2 məsələdə - insanların fərdi müdafiə qabiliyyətinin artmasında mühüm rol oynacağı və xəstəliyi başqalarına keçirməsinə mane olacağı fikrindədir.

Bill Geyts dünya əhalisinin peyvənd olunması üçün 1,6 milyard dollar vəsait ayırıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu