Modern.az

İspaniya təmsilçisindən şok açıqlama: “Ölkəm qalib olmağımı istəmir”

İspaniya təmsilçisindən şok açıqlama: “Ölkəm qalib olmağımı istəmir”

24 May 2012, 22:35

 Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İspaniya dövləti “Eurovision 2012” mahnı müsabiqəsindəki təmsilçisinə qalib gəlməmək barədə xüsusi tapşırıq verib. Bu barədə “Eurovision”da İspaniyanı təmsil edən müğənni Pastora Soler müsahibəsində bildirib. İspan radiosuna açıqlama verən müğənni ölkəsində yaşanan iqtisadi böhranla bağlı hökumətin mötəbər yarışda qalib olmaq istəmədiyini qeyd edib.

“Mənə bildirilib ki, ölkədə ciddi maliyyə böhranı hökm sürür. Ölkəmiz “Eurovision” yarışmasını təşkil etmək gücündə deyil. Bu baxımdan mənə birinci yerə çıxmamaq haqda tapşırıq verilib”-deyə P.Soler vurğulayıb.

 

Anar RÜSTƏMOV 

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir