Modern.az

Tovuzda qətl törədən şəxsin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Tovuzda qətl törədən şəxsin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

30 İyun 2020, 10:25

2019-cu ilin sentyabrın 13-də Tovuz rayon sakini Firuddin Ələkbərlinin bir neçə dəfə atəş açılaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb.

 

Bu barədə Modern.az Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

İstintaqla cinayətin Tovuz rayonu, Yanıqlı kənd sakini Əli Şamıyev tərəfindən qanunsuz olaraq üzərində gəzdirdiyi «Makarov» konstruksiyalı tapança ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə müvafiq eksperizalar təyin edilmiş, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər prosessual hərəkətlər yerinə yetirilib.

 

29 iyun 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI