Bu gün bir qrup tələbə gənc AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında toplaşaraq etiraz aksiyası keçirib. Gənclər Əli Kərimlinin bir neçə gün öncə İctimai Palatanın toplantısında Azərbaycan-İran münasibətlərinə dair dediyi fikirlərə etiraz bildirərı AXCP sərinin ünvanına müxtəlif şüarlar səsləndiriblər. Onlar Əli Kərimlinin İrana dost-qardaş olmaqda ittiham ediblər.
Gənclər əllərində «Əli Kərimli «Eurovision»un düşmənidir!», «Əli Kərimli xaindir!» və s. şüarlar yazılmış plakatlar qaldırıblar.
Polis aksiyaya müdaxilə etməyib, saxlananlar yoxdur.
İctimai Palata bəyan edib ki, aksiyanı keçirən hakimiyyətyönlü gənclərdir. Aksiya zamanı Əli Kərimli və ailə üzvləri evdə olub.
Modern.az