
İctimai Palata nümayəndələri Dənizkənarı Milli Parkda xalq gəzintisi adlanan aksiya keçiriblər. Gəzintiyə xeyli sayda müxalifət nümayəndəsi qatılıb. Bulvar ərazisində mühafizə tədbirlərini həyata keçirmək üçün çoxlu sayda polis əməkdaşları cəlb olunub. Aksiyanın dağıtmaq istəyən polis əməkdaşları ilə nümayişçiləri arasında mübahisə yaranıb. Xeyli sayda aksiya iştirakçısının saxlanıldığı bildirilir.
Müxalifət nümayəndələrinin təşkil etdiyi dinc aksiyanı yerli KİV nümayəndələri ilə yanaşı, xarici media mənsubları da izləyib.
Anar RÜSTƏMOV