Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Qlobal əhali artımı, inkişaf məsələləri” adlı beynəlxalq konfransda (ICPD ) dünya parlamentariləri tərəfindən mükafata layiq görülüb. R.T.Ərdoğan dünyanın gənc deputatları tərəfindən “Min illiyin inkişaf hədəflərini yerinə yetirməyə xidmətlərinə” görə xüsusi mükafatla təltif edilib. Bu barədə Modern.az saytına hazırda beynəlxalq forumda iştirak edən millət vəkili Məlahət İbrahimqızı məlumat verib.
Qeyd edək ki, dünən İstanbulda BMT, Avropa Parlament Forumu və Türkiyə hökumətinin dəstəyi ilə başlayan konfrans bu gün də davam edir. Konfransda acl;q, yoxsulluq, ərzaq problemi, təhsil, əhali artımı, ana və qadın sağlamlıığı məsələləri müzakirə edilir. Konfransda 127 ölkədən 400-ə yaxın deputat iştirak edir. Məqsəd bu çağırışların-problemlərin həyata keçirilməsində parlamentarilərin rolu və iştirakını müəyyənləşdirməkdi.
Modern.az